|
|
|
|

BRICS platforması Qlobal Cənub ölkələri arasında əməkdaşlığı gücləndirməkdə, eləcə də daha zəngin və iqtisadi cəhətdən inkişaf etmiş ölkələri bir araya gətirməkdə vacib rol oynayır.
525.az xəbər verir ki, bunu Malayziyanın baş naziri Ənvər İbrahim deyib.
Onun sözlərinə görə, BRICS Qlobal Cənub ölkələri arasında bu cür əməkdaşlığı gücləndirmək üçün çox mühüm vasitədir: “Mütləq antaqonizmdə deyil, ən azından digər zəngin sənaye ölkələrinin hücumunu cilovlamaq üçün bu, vacibdir”.
Baş nazir bildirib ki, BRICS-in əhəmiyyəti həm də Qərb ölkələrinin təzyiqlərinə birlikdə tab gətirmək deməkdir.
Bundan əvvəl Ənvər İbrahim Malayziyanın BRICS-ə qoşulmaq və üzv ölkələrlə əməkdaşlığı gücləndirmək niyyətində olduğunu bildirib. O deyib ki, bu platformaya qoşulmaq ölkənin Rusiya və Qlobal Cənub ölkələri ilə əlaqələrini gücləndirməyə kömək edəcək. Malayziya birliyə qoşulmaqla iqtisadi diplomatiya səylərini şaxələndirməyi planlaşdırır.
Pərvanə Sultanova



