|
|
|
|

Böyük Britaniya hökuməti yerli həbsxanalardakı sıxlığı aradan qaldırmaq üçün məhkumları cəzalarının qalan hissəsini çəkmək üçün Estoniyaya göndərməyi düşünür.
525.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti yazıb.
Penitensiar xidmətin açıqladığı rəqəmlərə görə, İngiltərə və Uelsdə kişi həbsxanalarında cəmi 83 boş yer qalıb.
“The Daily Telegraph” yazır ki, krallığın ədliyyə naziri Şaban Mahmud və onun estoniyalı həmkarı Liisa-Li Pakosta sentyabrın 5-də Vilnusda Avropa Şurasının tədbirləri çərçivəsində keçirdikləri görüşdə bu məsələni müzakirə ediblər. Həmçinin o da qeyd olunur ki, Böyük Britaniya və Estoniya keçmişdə uğurlu beynəlxalq əməkdaşlıq təcrübəsinə malikdirlər.
Qeyd olunur ki, İngiltərə və Uelsdə bir məhkumun saxlanılması illik 50 min funt-sterlinqə başa gəlir. Estoniyada isə bu rəqəm 10-20 min funt arasında dəyişir.
İbrahim Cəfərov



