|
|
|
|

Ukrayna Təhsil Nazirliyinin nəşr etdirdiyi yeni dərslikdə ölkə xəritəsində Krım Respublikası yer almayıb.
525.az news.ru-ya istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Sofiya Fodina bildirib. Onun sözlərinə görə, Təhsil Nazirliyi bunu “texniki səhv” adlandırıb.
Deputat teleqram kanalında dərs vəsaitinin elektron versiyasını yayımlayıb. Dərsliyin üçüncü səhifəsində Ukrayna himni ilə yanaşı, ölkə xəritəsi də yer alıb ki, orada da Krım göstərilməyib.
İbrahim Cəfərov



