|
|
|
|
Avqustun 24-də Parisdə saxlanılan teleqramın təsisçisi Pavel Durovun istintaqın gedişi zamanı müstəntiqlərin suallarını hansı dildə cavablandırdığı məlum olub.
525.az xəbər verir ki, bu barədə “France Info” radiosu məlumat yayıb. Qeyd olunub ki, Durov sualları rus və ingilis dillərində cavablandırıb.
Biznesmen daha əvvəl vətəndaşlıq almaq üçün fransız dilindən imtahan verib. Durov B1 səviyyəli diploma malikdir. Bu isə orta səviyyə hesab olunur. İstintaqın gedişi zamanı fransız dili bilikləri kifayət etmədiyindən Pavel Durov hüquq-mühafizə orqanlarının əməkdaşları ilə rus və ingilis dillərində ünsiyyət qurub.
“France Info”nun digər xəbərinə görə, Pavel Durovla yanaşı, avqustun 24-də Fransanın "Le Burje" hava limanında onun 24 yaşlı həyat yoldaşı Yuliya Vavilova və cangüdəni də saxlanılıb. Onların hər ikisi sorğu-sual edildikdən sonra sərbəst buraxılsalar da, telefonları istintaq materialı kimi götürülüb.
Xatırladaq ki, Durov 5 milyon avro girov qarşılığında sərbəst buraxılıb. Ona Fransa ərazisini tərk etmək qadağan olunub.
İbrahim Cəfərov