|
|
|
|
ABŞ prezidentliyinə namizəd, sabiq ölkə başçısı Donald Tramp seçkidə rəqibi olan Demokratlar partiyasını lağa qoyub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, son sorğularda Kamala Harrisi qabaqlayan Tramp rəqibinin reytinqinin aşağı düşməsindən sonra hazırkı dövlət başçısı Co Baydenin yenidən namizəd kimi irəli sürülməsini təklif edib.
“Harrisin reytinqləri düşməyə başlayıb. Onların növbəti namizəd kim olacaq? Bəlkə Baydeni geri qaytarasınız?” - deyə Tramp “Truth Social”dakı hesabında yazıb.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Daha əvvəl Demokratlar partiyasının namizədi hazırkı prezident Co Bayden idi. Lakin iyundakı debatda Baydenin Tramp önündə fiaskoya uğramasından sonra, demokratlar seçkidə hazırkı dövlət başçısını vitse-prezident Kamal Harrislə əvəzləmək qərarına gəldilər.
İbrahim Cəfərov