|
|
|
|
NATO-nun baş katibi Yens Stoltenberq Çini Ukraynadakı müharibədə Rusiyaya dəstəyi dayandırmağa çağıraraq, Pekinin yardımının müharibənin davamında mühüm amil olduğunu deyib.
525.az “TRT HABER”ə istinadən xəbər verir ki, Stoltenberq Norveçin paytaxtı Osloda verdiyi açıqlamada Çinin Rusiyanın Ukraynaya qarşı müharibəsində həlledici "fasilitator"a çevrildiyini bildirib.
Rusiyanın istifadə etdiyi silahların çoxunu istehsal edən ölkənin Çin olduğunu bildirən Stoltenberq Pekinin Ukraynada müharibəyə başlamasının onun maraqlarına və nüfuzuna mənfi təsir göstərə biləcəyi xəbərdarlığını edib.
Qeyd edək ki, 2022-ci ildə Madrid Sammitində qəbul edilən yeni Strateji Konsepsiya sənədində ilk dəfə Çin NATO tərəfindən “sistemli sınaq” elementi kimi müəyyən edilib.
Ləman İlkin