|
|
|
|
İnsanların Qırmızı Planetə uçuşlarının tarixi aydınlaşmağa başlayır. SpaceX-in CEO-su İlon Mask yeni bir açıqlama verib və “Starship” raketinin 2026-cı ildə Mars missiyasına başlayacağını açıqlayıb. Enişlər uğurlu olarsa, insanların Marsa uçuşları dörd il ərzində başlaya bilər.
525.az “CNN TÜRK”ə istinadən xəbər verir ki, insanların Qırmızı Planetə uçuşlarının tarixi aydınlaşmağa başlayır. SpaceX-in CEO-su İlon Mask yeni bir açıqlama verib və “Starship” raketinin 2026-cı ildə Mars missiyasına başlayacağını açıqlayıb. Marsa möhkəm enişin etibarlılığını yoxlamaq üçün ekipajsız olacağını bildirən Mask, bu enişlərin yaxşı keçəcəyi təqdirdə kosmos şirkətinin 4 il sonra Marsa ilk ekipajlı uçuşları həyata keçirəcəyini əlavə edib.
"Təxminən 20 il ərzində özünü təmin edən şəhər qurmaq məqsədi ilə uçuş sürəti bundan sonra eksponent olaraq artacaq", -deyə Mask vurğulayıb.
Qeyd edək ki, 2002-ci ildə SpaceX-i quran Mask aprel ayında Marsa enəcək ilk ekipajsız gəminin “Starship” olacağını və insanların son 7 ildə ilk dəfə Marsa enəcəyini bildirmişdi.
Ləman İlkin