|
|
|
|
ABŞ bu gün Rusiya ilə əməkdaşlığa görə İrana qarşı yeni sanksiyaların tətbiqini elan edəcək.
525.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.
“Biz günün sonuna qədər İrana qarşı yeni sanksiyaları elan edəcəyik”, - deyə Blinken vurğulayıb.
O əlavə edib ki, sanksiyalar həmçinin “Iran Air”ə qarşı da yönələcək.
Bu günlərdə məlum olmuşdu ki, ABŞ və müttəfiqləri Ukrayna ilə müharibədə Rusiyaya verdiyi dəstəyə görə İrana qarşı sərt addımlar atmağı planlaşdırırlar.
Xatırladaq ki, İran Rusiyaya ballestik raketlər verməkdə ittiham edilir. Bu barədə ilk dəfə “The Wall Street Journal” məlumat yayıb. Daha sonra CNN isə İranın Rusiyaya ballistik raketlər verdiyini təsdiqləyib.
İbrahim Cəfərov