|
|
|
|
Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Maykl Oflaerti (Michael O'Flaherty) Gürcüstan parlamentini LGBT təbliğatına qarşı qanun layihəsini qəbul etməməyə çağırıb.
525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə komissar özü məlumat yayıb.
Onun sözlərinə görə, LGBT təbliğatına qarşı olan "Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" qanun ayrı-seçkilik üçün hüquqi əsas yaradır və İnsan Hüquqları üzrə Avropa Konvensiyasına ziddir.
Qeyd edək ki, Gürcüstan parlamenti LGBT təbliğatına qarşı qanunlar paketini artıq ikinci oxunuşda müzakirəyə çıxarıb və qəbul edib. Sözügedən layihə LGBT mövzularını təbliğ edən səhnələrin Gürcüstan televiziyalarında yayımlanmasının qadağan edilməsini nəzərdə tutur.