|
|
|
|

Ukrayna Prezidenti Volodimir Zelenski İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə V.Zelenski teleqram kanalında yazıb.
“Holokost faciəsi ilə əlaqədar baş nazirə və İsrail xalqına başsağlığı verdim”, - o vurğulayıb.
Ukrayna lideri israilli girovların azad edilməsini və onların vətənə qayıtmasını alqışlayıb.
Bundan əvvəl V.Zelenski Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta ilə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə edib.



