|
|
|
|

İtaliya Ukraynaya hərbi yardımı davam etdirəcək. Bu barədə İtaliya Parlamentinin aşağı palatası qərar qəbul edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qərara görə, münaqişə tərəfinə bu ilin sonuna kimi müxtəlif səpkili yardımlar, həmçinin, hərbi yardım göstəriləcək.
Qanun layihəsinin lehinə 192 deputat səs verib. 41 nəfər isə əleyhinə çıxıb. Maraq üçün bildirək ki, 2022-ci ildə analoji qərar yekdilliklə qəbul edilmişdi. Doğrudur, həmin vaxt parlamentdə fərqli deputatlar səs sahibi idilər.
Yeri gəlmişkən, İtaliya indiyə kimi Ukraynaya 9 hərbi yardım zərfi göndərib. Göstərilən hərbi yardımın dəyəri gizli saxlanılır.
Qeyd edək ki, İtaliyanın müdafiə naziri Quido Krozetto parlamentin sözügedən qərarını şərh edərkən, Ukraynaya hərbi dəstək olmaqla atəşkəsə daha tez nail olmağın mümkünlüyünü bildirməklə yanaşı, 10-cu zərfə ehtiyac duyulmamasını arzuladığını söyləyib.
L.Tağıyeva



