|
|
|
|

Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşduğu ərazidən 30-dan çox adamın cəsədi çıxarılıb.
525.az xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb.
Qeyd olunub ki, toqquşmuş sərnişin təyyarəsi və hərbi helikopterin qalıqlarının batdığı Potomak çayında 30-dan çox cəsəd tapılıb.
Vaşinqtonda Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi və “Black hawk” hərbi helikopteri havada toqquşub. Qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib.
Pərvanə Sultanova



