|
|
|
|

Qətər əmiri Təmim bin Həməd Əl Tani Suriyaya rəsmi səfərə gəlib.
525.az xəbər verir ki, bu barədə “Al Watan” məlumat yayıb.
“Qətər əmiri Təmim bin Həməd Əl Tani Əsəd rejiminin devrilməsindən sonra Dəməşqə gələn ilk ərəb lideri oldu”, - deyə nəşr yazıb.
Xatırladaq ki, daha əvvəl Qətər Xarici İşlər Nazirliyi rəsmi Dohanın Suriyanın yeni rəhbərliyini dəstəklədiyini bəyan edib.
İbrahim Cəfərov



