|
|
|
|

2024-cü ildə Avropa ölkələrində ən çox satılan avtomobil markası məlum olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, "JATO Dynamics" kompaniyasının araşdırmalarına görə avropalılar ən çox "Dacia Sandero" heçbekinə üstünlük veriblər.
Ötən il ərzində 268,1 min "Dacia Sandero" satılıb. İkinci yerdə 216,3 min satışla "Renault Clio" qərarlaşıb. 215,7 min satışla "Volkswagen Golf" ilk "üçlüy"ü qapayır.
Yeri gəlmişkən, Almaniya şirkəti olan "Volkswagen" 2024-cü ildə dünya üzrə ən çox nəqliyyat vasitəsi satan ikinci şirkətdir.
L.Tağıyeva



