|
|
|
|

Yaponiyanın ən böyük şəhərlərindən biri olan Osaka 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etməyə hazırlaşarkən bütün şəhərdə ictimai yerlərdə siqaret çəkməyi qadağan edib.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, 13 aprel - 13 oktyabr tarixlərində keçiriləcək Expo 2025 sərgisində 158 ölkə və regiondan nümayəndənin iştirakı ilə müxtəlif təqdimatlar, müzakirələr və sərgilər keçiriləcək.
Yanvarın 27-dən qüvvəyə minən qadağaya əsasən, yollarda, parklarda, meydanlarda və digər ictimai yerlərdə siqaret çəkmək və elektron siqaretdən istifadə qadağan edilib. Qaydalara əməl etməyənlər 1000 yen (təxminən 6 dollar) məbləğində cərimələnəcəklər.
Malik Atilay



