|
|
|
|

Myanmada fövqəladə vəziyyət daha 6 ay uzadılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə və Təhlükəsizlik Şurası qərar verib.
Sözügedən qərarın verilməsində zərurət ölkədə əmin-amanlığın qorunması və qarşıdan gələn prezident seçkilərinə hazırlıqla əlaqədardır.
Qeyd edək ki, fövqəladə vəziyyət 2020-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələrinə kütləvi etirazlarla əlaqədar 2021-ci ilin fevralından tətbiq olunmağa başlayıb.
L.Tağıyeva



