|
|
|
|
İtaliyanın Neapol şəhəri yaxınlığındakı Campi Flegrei vulkanik bölgəsində dünəndən bəri qeydə alınan zəlzələlər narahatlıq yaradıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Campi Flegreidə son 24 saat ərzində baş verən 3,9 bal gücündə iki zəlzələ əhalinin narahatlığına səbəb olub.
Xüsusilə dünən günorta və gecə baş verən iki zəlzələ səbəbindən yerli əhalinin evlərindən narahatlıqla çıxdığı qeyd edilib.
Bildirilib ki, Neapol Qubernatorluğu evdə qalmaq istəməyənlər üçün ərazidə idman zalı açıb və termal yorğanlar da daxil olmaqla əsas ləvazimatları paylayıb.
Zəlzələlərdə can və mal itkisinin olmadığı bildirilib.
Qeyd edək ki, zəlzələnin episentri olan Pozzuolidə ibtidai və orta məktəblərdə bu gün ehtiyat tədbiri olaraq tədris dayandırılıb.
Malik Atilay