|
|
|
|
Rusiyada məhkəmə "YouTube"da videoya girişi bloklamadığı üçün "Google"u 3,8 milyon rubl (təxminən 42 min dollar) cərimələyib.
525.az xarici mediaya istinadən xəbər verir ki, "Google"a qarşı açılan iddiaya paytaxt Moskvada baxılıb.
Məhkəmə, "Google"un rus əsgərləri üçün "təslim olma üsullarını" göstərən "YouTube" videosuna girişi əngəlləməyərək qanunu pozduğuna qərar verib və ona 3,8 milyon rubl cərimə kəsilməsini əmr edib.
Qeyd edək ki, "Google" əvvəllər də oxşar səbəblərə görə cərimələnib, Rusiyada "YouTube"a giriş bloklanıb.
Malik Atilay