|
|
|
|
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsində indiyə qədər 46 mindən çox ukraynalı əsgərin həlak olduğunu bildirib. O, işğal olunmuş əraziləri heç vaxt Rusiya ərazisi kimi qəbul etməyəcəklərini vurğulayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski NBC News telekanalına verdiyi müsahibədə müharibənin gedişatını dəyərləndirib.
Döyüşlərdə təxminən 380 min Ukrayna əsgərinin yaralandığını qeyd edən Zelenski, minlərlə insanın itkin düşdüyünü və ya əsir götürüldüyünü bildirib. O, həmçinin 19 min 500 ukraynalı uşağın zorla Rusiyaya aparıldığını vurğulayıb.
Bundan əlavə, ABŞ-ın keçmiş prezidenti Donald Trampın müharibəni dayandırmaq təşəbbüsü ilə bağlı danışan Zelenski, ötən həftə onunla telefon əlaqəsi saxladıqlarını qeyd edib.
Malik Atilay