|
|
|
|
Avstriyanın Villax şəhərində küçədə insanlara bıçaqla hücum edərək 1 nəfəri öldürən, 6 nəfəri yaralayan şəxs saxlanılıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, hücumu törədən şəxs Avstriyada yaşamaq icazəsi olan, lakin indiyə qədər heç bir hüquqi problemi olmayan 23 yaşlı suriyalı qaçqındır.
Hadisə nəticəsində 14 yaşlı gənc həyatını itirib, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Şahidlərin sözlərinə görə, cinayətkar hücum zamanı və ondan sonra gülüb.
Malik Atilay