|
|
|
|
ABŞ prezidenti Donald Tramp Amerika qüvvələrinin “Əl-Qaidə” liderlərindən birini öldürdüyünü açıqlayıb.
525.az xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.
Tramp ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla və “Amerikanı, müttəfiqlərimizi və tərəfdaşlarımızı təhdid edən daha bir cihadçıya ədalət gətirən” əsgərləri uğurlu əməliyyat münasibətilə təbrik edib.
“Bu həftə sonu ABŞ qüvvələri Suriyada “Əl-Qaidə” üzvünə qarşı dəqiq hava hücumu həyata keçirib. Terrorçu lider bütün regionda “Əl-Qaidə” ilə əməkdaşlıq edirdi”, - deyə Tramp yazıb.
İbrahim Cəfərov