|
|
|
|
Naməlum uçan obyektin işıq saçması xəbərindən sonra Türkiyənin Qaziantep hava limanının fəaliyyəti dayandırılıb.
525.az xəbər verir ki, bu barədə T24 qəzeti yazıb.
Qeyd olunub ki, fevralın 17-də yerli vaxtla 22:00 radələrində pilotlar təxminən 3 min metr yüksəklikdə naməlum uçan obyekt görüblər və dərhal məlumatı idarəetmə qülləsinə ötürüblər.
“İki pilot radarda görünməyən obyekt barədə məlumat verdikdən sonra hava limanında təyyarələrin enişi və qalxması dayandırılıb”, - deyə nəşr yazıb.
Qəzet qeyd edir ki, işığın mənbəyi barədə hələlik dəqiq məlumat yoxdur. Ehtimal olunur ki, bu, dron olub. Məlumatlar dəqiqləşdikdən sonra hava hərəkəti bərpa olunacaq.
İbrahim Cəfərov