|
|
|
|
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 16-cı sanksiyalar siyahısına 48 fiziki və 35 hüquqi şəxs daxil ediləcək.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi avropalı diplomatlara istinadən məlumat yayıb.
Bildirilib ki, hüquqi şəxslərə qarşı sanksiyalar onların Aİ-dəki aktivlərinin dondurulmasını, fiziki şəxslərin isə ittifaq ölkələrinə girişinin qadağan edilməsini nəzərdə tutur.
Qeyd edək ki, bu gün Aİ üzvü olan 27 ölkənin səfirləri Rusiyaya qarşı 16-cı sanksiya paketini təsdiqləyiblər.