
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Avropa Regional Bürosunun direktoru Filipp Leklerk Ukraynanın şərqində artan hücumlar səbəbindən son 6 ayda 200 mindən çox insanın evlərini tərk etdiyini bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Cenevrədə keçirilən mətbuat konfransında çıxış edən Lekler, müharibənin minlərlə insanın həyatına son qoyduğunu, ölkə iqtisadiyyatını və infrastrukturunu məhv etdiyini vurğulayıb.
O, Ukraynada 2 milyondan çox evin ciddi ziyan gördüyünü, enerji infrastrukturuna təkrarlanan hücumların insanları soyuq və qaranlıqda yaşamağa məcbur etdiyini əlavə edib.
Malik Atilay



