|
|
|
|

ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri İlon Mask Ukrayna prezidenti Vladimir Zelenskidən seçki keçirməyi və mətbuatın azadlığınının təmin olunmasını tələb edib.
525.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Mətbuat azadlığını bərpa etmədikcə və seçkilərin ləğvini dayandırmadıqca Zelenski Ukrayna xalqının iradəsini təmsil edə bilməz”, - deyə Mask vurğulayıb.
Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp bildirib ki, Kiyev Rusiya ilə münaqişənin həlli çərçivəsində danışıqlar masası arxasında yer almaq istəyirsə, Ukraynada seçkilər keçirilməlidir.
İbrahim Cəfərov



