|
|
|
|

Ukraynanın NATO-ya daxil olması ilə bağlı heç bir müzakirə aparılmır.
525.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts deyib.
“Ukraynanın NATO-ya üzvlüyü müzakirə olunmur”, - o bildirib.
Əlavə edib ki, Vaşinqton Britaniya və Fransadan Ukrayna üçün təhlükəsizlik zəmanətlərini dəstəkləyəcək.
Uolts nadir torpaq metalları ilə bağlı ABŞ-Ukrayna sazişini də şərh edib. Müşavir qeyd edib ki, bu müqavilə bağlana bilər: “Biz gözləyirik ki, Ukrayna ABŞ-la razılaşmanın təklif etdiyi imkanları başa düşəcək”.
Pərvanə Sultanova



