|
|
|
|

İsveç hökuməti Ukraynaya 1,2 milyard kron (113 milyon dollar) dəyərində hava hücumundan müdafiə sistemi vermək barədə qərar qəbul edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Mariya Malmer Steneqard sosial şəbəkə hesabında yazıb.
Daha əvvəl İsveçin baş naziri Ulf Kristensson da mətbuata açıqlamasında Ukraynaya HHM sistemi verəcəklərini bildirmişdi. İanə olunacaq sistemlərin adları da məlumdur - "Robot 70" və "Tridon Mk2".
Qeyd edək ki, İsveç indiyə kimi 73,2 milyard kron (6,45 milyard avro) yardım göstərib.

L.Tağıyeva



