
Konqo Demokratik Respublikasının şimal-qərbində naməlum xəstəlikdən 50-dən çox adam ölüb.
525.az xəbər verir ki, bu barədə “Actualite” yerli səhiyyə orqanlarına istinadən məlumat yayıb.
“Fevralın əvvəlindən 943-dən çox xəstə müəyyən edilib, onlardan 52 nəfəri vəfat edib. Ölüm nisbəti 5,5 faiz təşkil edir”, - deyə məlumatda qeyd olunub.
Naməlum xəstəliyə ilk yoxulma halı fevralın 9-da qeydə alınıb. Xəstəliyin simptomlarına qızdırma, titrəmə, baş ağrıları, əzələ ağrısı və oynaq ağrıları daxildir.
Eyni zamanda, Respublika Səhiyyə Nazirliyi mümkün Ebola epidemiyası ilə bağlı fərziyyəni rədd edib.
İbrahim Cəfərov



