
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsinin başlanmasının üçüncü ildönümü münasibətilə ölkəsi ilə fəxr etdiyini bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı bu barədə sosial media hesabında paylaşım edib:
"Üç il mübarizə, üç il minnətdarlıq, üç il ukraynalıların qəhrəmanlığı. Mən Ukrayna ilə fəxr edirəm. Onu qoruyan və dəstək olan hər kəsə təşəkkür edirəm. Ukrayna üçün çalışan hər kəsə minnətdaram. Dövlətimiz və xalqımız üçün canını fəda edənlərin xatirəsi əbədi olsun."
Malik Atilay



