|
|
|
|

Polşanın Baş naziri Donald Tusk ciddi xəsarət alıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tusk sosial şəbəkə hesabında paylaşım edib.
Hadisə baş nazir xizək sürən zaman baş verib. Ani diqqətsizlik onun ayağından ciddi zədələnməsinə səbəb olub. Tuskun ayağına ortez qoyulub və bir müddət çəliklə hərəkət etməli olacaq.
Qeyd edək ki, Donald Tusk paylaşımında zədəyə baxmayaraq, işinin başında olacağını da bildirib.
L.Tağıyeva



