|
|
|
|

Malayziya Hava Yollarına məxsus "MH370" reysi yoxa çıxdıqdan təxminən 11 il sonra onun axtarışına başlanılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, MalayMail-in məlumatına görə, 2014-cü ilin martında Malayziyadan havaya qalxan və o vaxtdan heç bir xəbər alınmayan təyyarənin tapılması üçün tədbirlər görülüb.
Robotlarla okean və dəniz dibindən məlumat toplayan “Ocean Infinity” şirkətinə məxsus Armada 7806 gəmisi axtarış əməliyyatları üçün Avstraliyanın Pert sahillərindən təxminən 1000 kilometr aralıda lövbər salıb.
Qeyd edək ki, dağıntıların tapıldığı təqdirdə Ocean Infinity-ə təxminən 70 milyon dollar ödənəcəyi gözlənilir.
Malik Atilay



