|
|
|
|

Ukrayna prezidenti Vladimir Zelenski Brüsseldə Avropa İttifaqının (Aİ) fövqəladə sammitində iştirak edəcək.
525.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Bildirilir ki, ABŞ-nin müttəfiq kimi etibarlılığına dair narahatlıqlar və qeyri-müəyyənlik Avropanın müdafiə xərclərini artırmaq əzmini gücləndirib.
Telekanalın məlumatına görə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen 27 Aİ ölkəsinin liderlərinə ünvanladığı məktubda bildirib ki, “Avropa həyatımızda görmədiyimiz miqyasda açıq təhlükə ilə üz-üzədir”.
Sammitdə maliyyə məsələləri, xüsusilə də Aİ üçün müdafiə xərclərinin sürətlə artırılması və hava hücumundan müdafiəyə sərmayə qoyulması yolları müzakirə olunacaq.
İbrahim Cəfərov



