|
|
|
|

Tayvanda "Maanşan" Atom Elektrik Stansiyasında yanğın baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları və xeyli canlı qüvvə cəlb olunub.
AES-dən çıxan qatı tüstünün səbəbi hələlik məlum deyil.
Stansiyanın operatoru "Taiwan Power Company" insidentlə bağlı hər hansı rəsmi şərh verməyib.
Stansiyadan təxminən bir kilometr aralıda olan şahidlərdən biri yerli KİV-ə verdiyi açıqlamada vəziyyəti həyəcanlı adlandırıb və yanğın mənbəyinin nüvə obyektinin içərisində olduğunu təsdiqləyib.
İnsan tələfatı barədə məlumat yoxdur. Yanğının başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, Tayvanda sayca 3-cü olan "Maanşan" AES 1984-cü ildə istifadəyə verilib.
Nazənin Sadıqzadə



