|
|
|
|

Parisdə İkinci Dünya Müharibəsi dövrünə aid partlamamış bomba tapılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bomba "Gare du Nord" vağzalının ərazisində təmir işləri aparılarkən aşkarlanıb.
Yerli polisin təkidi ilə qatarların hərəkəti bomba zərərsizləşdirilənə kimi dayandırılıb.
Qeyd edək ki, bənzər hadisə yanvarda Almaniyanın Drezden şəhərində yaşanmışdı. Şəhərdəki körpələrdən birinin təmiri zamanı ekskavatorçu İkinci Dünya Müharibəsi dövrünə aid 250 kiloqramlıq partlamamış bomba aşkarlamışdı.
L.Tağıyeva



