
Aprelin 29-da Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı və bp Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə avtomobil mühərriklərinin yığıcısı peşə ixtisası üzrə nəzəri imtahan keçirilib.
Agentlikdən 525.az-a bildirilib ki, nəzəri imtahanda uğur qazanan namizədlərə avtomobil mühərriklərinin yığıcısı peşə ixtisası üzrə müvafiq sənəd təqdim ediləcək.
Bu istiqamətdə fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.
TKTA tərəfindən təqdim edilən sənəd Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarına əsasən, müraciətçiyə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.
Sevinc Qarayeva



