|
|
|
|

İsrail bu gün səhər saatlarında Mehrabad hava limanında İran qırıcı təyyarələrinin anqarına zərbə endirib.
Bu barədə 525.az "Report" a istinadən xəbər verir.
"Hücumlar hava limanında partlayışlara səbəb olub, lakin uçuş-enmə zolaqlarına, binalara və ya qurğulara zərər vurmayıb", - məlumatda qeyd olunub.
Bildirilir ki, İranın hava hücumundan müdafiə sistemləri "sübh çağı düşmən hücumlarını dəf etmək üçün" işə salınıb.



