|
|
|
|

İran rəsmi olaraq ABŞ, Fransa və Böyük Britaniyaya İsrailə qarşı daha genişmiqyaslı zərbələr endirəcəyini bildirib.
Bu barədə 525.az “Report” a istinadən xəbər verir.
“İranın İsrailə zərbələrinin dəf edilməsində iştirak edən istənilən ölkə şərik hesab olunacaq. Bu dövlətin bütün regional bazaları, o cümlədən Fars körfəzi ölkələrindəki hərbi obyektləri, Fars körfəzi və Qırmızı dənizdəki gəmi və hərbi gəmiləri İran Silahlı Qüvvələrinin hədəfinə çevriləcək”, - məlumatda deyilir.



