|
|
|
|

İranın hava hücumundan müdafiə sistemləri İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus daha bir “F-35” qırıcısını vurub.
Bu barədə 525.az "Report"a istinadən xəbər verir.
“İran İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin qərb səmasında daha bir İsrail “F-35” qırıcısını uğurla vuraraq məhv edib”, - məlumatda deyilir.
Bildirilib ki, pilot katapult edib, onun taleyi məlum deyil.



