İsrail Ordusu İranın müxtəlif növ raketlər və buraxılış qurğuları üçün nəzərdə tutulmuş yeraltı anbarına zərbələr endirib.
525.az "Report" a istinadən xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidməti teleqram kanalında bəyanat yayıb.
“İsrail Ordusu İranın qərbində "yer-yer" tipli və qanadlı raketlərin saxlandığı yeraltı obyektə hücum edib”, - bəyanatda deyilir.