İranın ötən gecə İsrailə zərbələri nəticəsində 4 nəfər ölüb, 87 nəfər isə yaralanıb.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrailin “Magen David Adom” təcili yardım xidməti bildirib.
Məlumata görə, İranın gecə ərzində İsrailin mərkəzində dörd hədəfi vurması nəticəsində 4 nəfər ölüb, 87 nəfər isə yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.