|
|
|
|

İsrailin İrana endirdiyi zərbələr nəticəsində azı 1 800 nəfər yaralanıb.
525.az "Report"a istinadən xəbərinə görə, bunu İranın səhiyyə və tibbi təhsil naziri Məhəmməd Rza Zəfərqandi deyib.
O, İran dövlət televiziyasına deyib: "Hücumlar nəticəsində ən azı 1 800 yaralımız var, ölən və yaralananların çoxu mülki şəxslərdir".
Zəfərqandi ölənlərin ümumi sayını dəqiqləşdirməyib.



