Norveçin Təl-Əvivdəki səfirinin iqamətgahına əl qumbarası atılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, səfir Per Eqil Selvaaqla bu barədə telefonla danışıb.
Saar hücumu pisləyib və İsrail polisinin günahkarları tezliklə tapacağına, onların qanun qarşısında cavab verəcəklərinə inandığını bildirib.
Digər tərəfdən, Norveç Xarici İşlər Nazirliyi də açıqlama yayaraq, hücumda səfirlik əməkdaşlarından heç kimin xəsarət almadığını bildirib.
Xatırladaq ki, İsrailin 7 oktyabr 2023-cü il tarixində başlayan Qəzzaya hücumlarından sonra Norveç 2024-cü ilin mayında Fələstin dövlətini tanımaq qərarına gəlib. Buna cavab olaraq İsrail Xarici İşlər Nazirliyi Norveçin Fələstin məsələlərinə qarışmış diplomatlarının diplomatik statusunu ləğv edib.
İbrahim Cəfərov