İran prezidenti Məsud Pezeşkian İsraillə münaqişəyə son qoyulmaq ehtimalından danışıb.
525.az xəbər verir ki, sosial şəbəkə hesabında etdiyi paylaşımda Pezeşkian vurğulayıb ki, bunun bir yolu var.
“Biz həmişə sülhün, əmin-amanlığın tərəfdarı olmuşuq. Halbuki hazırkı şəraitdə tətbiq edilən münaqişəyə son qoymağın yeganə yolu İsrailin hücumlarını qeyd-şərtsiz dayandırmasıdır. Əks halda, cavablarımız daha sərt və peşmanedici olacaq”, - deyə İran prezidenti bildirb.
İbrahim Cəfərov