|
|
|
|

Teleqramın qurucusu Pavel Durov maraqlı açıqlaması ilə gündəmə gəlib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı milyarder indidən vəsiyyətini açıqlayıb.
O bildirib ki, 13.9 milyard dollarlıq sərvətini təbii və süni mayalanma yolu ilə dünyaya gələn 106 uşağı arasında bərabər böləcək. Lakin uşaqlar paylarına düşən sərvəti yalnız 30 ildən sonra əldə edəcəklər.
“Bu yaxınlarda vəsiyyətimi yazdım. Qərara gəldim ki, övladlarımın sərvətimə 30 ildən sonra çıxışı olsun. Çünki istəyirəm ki, övladlarım normal insanlar kimi yaşasınlar, özlərini təkmilləşdirsinlər, özlərinə güvənməyi öyrənsinlər, bank hesabından asılı qalmasınlar”, - deyə Durov bildirib.
Qeyd edək ki, Durovun 106 uşağından 6-sı, 3 qadın tərəfindən təbii yolla dünyaya gəlib. Qalanları isə 12 müxtəlif ölkədə süni mayalanma ilə doğulublar. Milyarder uşaqları arasında heç bir fərq görmədiyini söyləyib.
Pavel Durov “Forbes”in milyarderlər siyahısında ilk 150-likdə yer alır. Hazırda onun sərvəti 13.9 milyard dollar olaraq göstərilir. Bu isə o deməkdir ki, 106 uşağın hər birinə 131 milyon dollar düşəcək.
“Mən öləndən sonra bir-birlərini parçalamalarını istəmirəm. Onların hamısı eyni hüquqlara malik olacaq”, - deyə P.Durov əlavə edib.
İbrahim Cəfərov



