|
|
|
|
ABŞ prezidenti Donald Tramp Pakistan tərəfindən 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərilib.
525.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Pakistanın yaydığı açıqlamada qeyd edilib ki, ABŞ prezidenti Hindistan və Pakistan arasında artan gərginlikdə vasitəçilik rolu oynayıb və nüvə enerjisi olan iki ölkə arasında genişmiqyaslı qarşıdurmanın qarşısını alıb.
“Donald Tramp həm İslamabad, həm də Yeni Dehli ilə intensiv diplomatik təmasları sayəsində qısa müddətdə atəşkəsə nail oldu. Beləcə, milyonlarla insana təsir edə biləcək dağıdıcı qarşıdurmanın qarşısını aldı. ABŞ prezidentinin səylərinin onun sülh yolu ilə dialoq tərəfdarı olduğunu göstərdi və bu, Trampın əsl sülh səfiri kimliyini gücləndirdi”, - deyə açıqlamada qeyd olunub.
İbrahim Cəfərov