|
|
|
|
İran bütün məsələlər üzrə Rusiya ilə mütəmadi olaraq məsləhətləşmələr aparır.
525.az "Report" a istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.
"İran mütəmadi olaraq bütün məsələlər üzrə rusiyalı həmkarlarımızla məsləhətləşmələr aparır", - A.Əraqçi bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdə gərginlik ABŞ və İsrailin İrana qarşı addımları səbəbindən artır.