|
|
|
|
Rusiya Prezidenti Vladimir Putin və İraq Baş naziri Məhəmməd Şia əl-Sudani telefon danışığı zamanı Yaxın Şərqdəki eskalasiya ilə əlaqədar enerji bazarları üçün risklər barədə narahatlıqlarını ifadə ediblər.
525.az "Report" a istinadən xəbər verir ki, bu barədə Kremlin açıqlamasında bildirilib.
Tərəflər Yaxın Şərqdə silahlı qarşıdurmanın tezliklə dayandırılmasında maraqlı olduqlarını təsdiqləyiblər.
Bundan əlavə, onlar “OPEC+” çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.