Türkiyə İranın suverenliyinə və regionun təhlükəsizliyinə təhdid yaradan hücumları qəti şəkildə pisləyir.
525.az "Report" a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, İsrailin İrana qarşı hücumlarının fəlakətə çevrilməsinin qarşısını almaq üçün çalışdıqlarını bildirib:
"Türkiyə olaraq regionun sabitliyinə zərər gətirən bu kimi hücumları, kim tərəfindən edilməsindən asılı olmayaraq, birmənalı şəkildə qınayırıq".