|
|
|
|

Mozambikdə timsah çay kənarında məşq edən futbolçuya hücum edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, faciə ötən həftə Tete vilayətində, Zambezi çayının sahilində yaşanıb.
2-ci dəstədə çıxış edən "Atletiko Mineyro de Tete"nin üzvü, 19 yaşlı Estevau Alberto Jino çay kənarında fərdi məşq etdiyi vaxt timsahın hücumuna məruz qalıb. Timsah gənci çaya sürüyüb və şikarı ilə birlikdə suya qərq olub. Faciəyə Estevaunun 2 qonşusu şahidlik edib. Onların sözlərinə görə, timsahın uzunluğu azı 5 metr imiş.
Komandanın baş məşqçisi Eduardo Karvalyo yerli mətbuata açıqlamasında hələ də futbolçunun cəsədinin tapılmadığını bildirib.
Qeyd edək ki, yerli polis idarəsinin rəhbərliyi faktı təsdiqləyib. Tapılma ehtimalı az olsa da futbolçunun qalıqlarının axtarışı davam etdirilir.
L.Tağıyeva



