|
|
|
|

Özbəkistan Ali Məclisi Senatının səkkizinci plenar iclasında 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanmış “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in ratifikasiyası haqqında qanun müzakirə edilib və təsdiqlənib.
Bu barədə 525.az “Report” a istinadən məlumat verir.
Senatorlar sənədi dəstəkləyərək, onun risklərə hazırlıq səviyyəsinin artırılması və mülki müdafiə sahəsində regional əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.



